Naxçıvan məktəblisi Tunisdə keçiriləcək Kibertəhlü...
12:10 29.04.2026
0
0
0
Aprelin 25-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində 17 yaşadək (U-17) cüdoçular arasında region birinciliyi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 34 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ilk üç yerin sahiblərini diplom və medallarla təltif edib.
Qeyd edək ki, aprelin 26-sı 14 yaşadək cüdoçular arasında da region birinciliyi keçiriləcək. Turnirlərin əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
Digər xəbərlər