İspaniya ilə iqtisadi tərəfdaşlıq genişləndirilir...
17:26 21.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət nəzarəti tədbirləri çərçivəsində Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi 46 ünvanında fəaliyyət göstərən Səfərov Zamiq Sahib oğluna məxsus çörək emalı müəssisəsində yoxlama aparılıb.
Agentlikdən "Şərq qapısı"na bildirilib ki, yoxlama zamanı gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib.
Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.
Digər xəbərlər