NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi

Naxçıvanda çörək emalı müəssisələri üzrə monitorinqlərin nəticələri açıqlanıb

...

"Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi (NQTA) tərəfindən ötən il muxtar respublikada 8 çörək emalı müəssisəsində monitorinqlər həyata keçirilib, uyğunsuzluğa şübhə yaranan çörək məhsullarından 3 halda nümunələr götürülərək analizi aparılıb. Üç istehsalçıya məxsus çörəkdə mikrobioloji göstəricilərdə (kif göbələyi) uyğunsuzluqlar aşkar edildiyinə görə həmin müəssisələrə plandankənar yoxlama açılıb, ciddi nöqsanlar aşkar edilib, 2 halda məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib. Həmçinin 3 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti dayandırılıb".

“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

Agentliyin sədri qeyd edib ki, müəssisələrdəki obliqat qrup işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçirilməsi üzrə 1234 müəssisədə dövlət nəzarəti tədbirləri aparılıb, 1807 xidmət personalının tibbi müayinədən keçmədiyi müəyyən edilib və icrası məcburi göstərişlər verilib.

Nəşr edilib : 28.02.2025 14:17