İran Prezidenti Məsud Pezeşkian Bibiheybət məscidi...
21:34 28.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq konsert təşkil olunub.
Naxçıvan Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri və xor kollektivinin Heydər Əliyev Sarayında keçirilən konsertində Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri – Ruhiyyə Hüseynova, Azər Cəfərli, Elçin Nağıyev, Prezident mükafatçıları Nərmin Hüseynova, İsrafil Qibləliyev, İlkin Abdullayev və Bəhruz Quliyev “Yenə o bağ olaydı”, “Ana” , “Arzular”, “Məşəl kimi yanan ürək”, “Olaydım mən” , “Qurban adına” “Həkim qız” mahnılarını ifa ediblər.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, nazirliyə tabe olan müəssisələrin əməkdaşları və şəhər ictimaiyyətinin izlədiyi konsert proqramı alqışlarla qarşılanıb.
Digər xəbərlər