NAXÇIVAN :

15 Aprel 2025, Çərşənbə axşamı

Naxçıvanda 5 minə yaxın şagirdin iştirakı ilə IX siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 13 aprel 2025-ci il tarixdə şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə  IX siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib.
23 mərkəzdə təşkil olunan  monitorinqdə 4609  şagird iştirak edib. 
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub. 
Qeyd edək ki, təşkil olunan növbəti  monitorinq  2024-2025-ci tədris ilində IX siniflər üzrə keçirilən üçüncü  buraxılış qiymətləndirmə monitorinqidir. 
Monitorinqdə istifadə olunan test tapşırıqlarının cavabları yaxın saatlarda nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək.

Nəşr edilib : 13.04.2025 15:30