DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formal...
17:27 26.11.2024
0
0
0
Oktyabrın 25-i İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş böyüklər və gənclər arasında boks üzrə muxtar respublika birinciliyinə start verilib. "Şərq qapısı"na Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumat görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Naxçıvan Boks Federasiyası ilə birgə təşkil etdiyi yarışa şəhər və rayonlardan, ümumilikdə, 70-ə yaxın idmançı qatılıb. İştirakçılar olimpiya sistemi üzrə 12 çəki dərəcəsində mübarizə aparırlar.
Növbəti gün yarışın final görüşləri keçiriləcək. İlk üç yerin sahiblərinə nazirliyin diplom, medal və hədiyyələri təqdim olunacaq.
Digər xəbərlər