Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görü...
20:11 21.05.2026
0
0
0
Mayın 22-də Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
RETSİ-dən "Şərq qapısı"na bildirilib ki, bu səbəbdən 35/10 kV-luq “Xətai” yarımstansiyasında enerji verilişi dayandırılacaq. Nəticədə, Xətai, 20-ci, 21-ci, 35-ci, 48-ci, 49-cu və 52-ci məhəllələrdə saat 14:00-dan 16:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.
Digər xəbərlər