2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçi...
18:29 10.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərinin mərkəzi küçələrində və digər ərazilərində 1000 ədəd Xan çinarı ağacının və 300 ədəd akasiya ağacının əkilməsinə başlanılıb. Xüsusi şəraitdə yetişdirilmiş beş yaşı olan Xan çinar ağacları Naxçıvan şəhərinə gətirilib. Xan çinarının və akasiya ağaclarının Naxçıvan şəhərinin mərkəzi küçələrində və digər ərazilərində əkilməsi həm ekoloji, həm də estetik baxımdan böyük dəyərə və əhəmiyyətə malikdir. Artıq Naxçıvan şəhərində yerləşən Zəfər parkında, “Əcəmi” Seyrəngahı Mədəniyyət və İstirahət Kompleksində, Heydər Əliyev prospektində, Cəlil Məmmədquluzadə, İstiqlal və Nizami Gəncəvi küçələrində və şəhərin digər ərazilərində 600-dən artıq ağacların əkilməsi həyata keçirilib.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova deyib.
İcra Hakimiyyəti başçısının müavini qeyd edib ki, hazırda isə ağacların əkilməsi Naxçıvan şəhərinin əsas küçələrindən olan Əziz Əliyev küçəsində davam etdirilir. Naxçıvan şəhərinin mərkəzi küçələrində və digər ərazilərində 1300 ədəd ağacın əkilməsi nəzərdə tutulur.
Xan çinarı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilib və dünyanın ən uzunömürlü ağaclarından sayılır. Adətən, bu ağaclar 1000-1500 il ömür sürürlər. Əzəmət və ucalıq rəmzi hesab edilən Xan çinarlarının hündürlüyü 25-30 metrə, bəzi hallarda isə 50 metrə çatır. Bildiyiniz kimi, Naxçıvan şəhəri ərazisində yaşıllıq zolaqları çox olsa da, əksəriyyət ağaclar dekorativ ağaclardır və bunların kölgələri çox az olur, yay günlərində, isti havalarda şəhər sakinlərinin bu şəraitdə istirahətinə çətinlik yaradır, bu ağaclar isə gələcəkdə öz xüsusi ecazkar gözəlliyi ilə həm şəhərimizə gözəllik qatacaq, həm də ki yaşıllığı, ekoloji cəhətdən ətrafa faydasını verəcəkdir. Akasiya ağacları istər öz ekoloji əhəmiyyəti, həm də füsunkar gözəlliyi o da öz şəhərimizə gözəlliyini qatacaqdır” – , deyə Gülxanım Orucova əlavə edib.
Digər xəbərlər