DİN: Ölkə ərazisində qeydə alınan 64 cinayətin açı...
09:58 09.01.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistral yolunun 1-ci kilometrliyində, Dilqəm Pişəvari küçəsində qeydə alınıb. Belə ki, Naxçıvan şəhər sakini, 1953-cü il təvəllüdlü Məmmədov Namiq Qəzənfər oğlu avtomobildə olarkən ürəyi tutub və zəncirvari qəza baş verib. Qəza zamanı "Mercedes", 2 "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Ürəyi tutan "Hyundai" sürücüsü Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər