NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

Naxçıvan şəhərində istilik təchizatı ilə bağlı müraciətlər üçün əlaqə vasitələri açıqlanıb

...

Naxçıvan şəhərində istilik təchizatı ilə bağlı müraciətlər üçün əlaqə vasitələri açıqlanıb. “Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhərində istilik təchizatı ilə bağlı yaranan problemlər, nasazlıqlar və digər müraciətlərlə əlaqədar vətəndaşlar Naxçıvan Şəhər İstilik İdarəsinə müraciət edə bilərlər.
Bunun üçün vətəndaşların istifadəsinə qaynar xətt və "WhatsApp" əlaqə vasitələri təqdim olunub.
Qaynar xətt: 036 550 13 06
WhatsApp: +994 70 290 76 04
Bildirilib ki, vətəndaşların müraciətlərinin operativ şəkildə qəbul edilməsi və yaranmış problemlərin aradan qaldırılması diqqət mərkəzində saxlanılır.

Nəşr edilib : 03.11.2026 22:24