Vətəni namus, bayrağı şərəf bilən qəhrəman...
22:05 08.01.2025
0
0
0
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov kollegiyanın fəaliyyətindən, Culfa rayonunda yaradılacaq vəkil bürosu və Naxçıvan Dövlət Universitetində keçirilmiş "Kariyera sərgisi"ndə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının iştirakı, keçirilən açıq qapı aksiyaları və bu kimi məsələlər barəsində tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov kollegiyanın fəaliyyətini və Naxçıvan Dövlət Universitetinin tələbələrinə və gənclərə göstərdiyi aktiv dəstəyini yüksək qiymətləndirərək vəkillər kollegiyasının üzvlərini peşə bayramı münasibətilə təbrik edib.
Naxçıvan Şəhər Vəkil Bürosunun müdiri Ələkbər Cəfərov, Şərur rayon Vəkil Bürosunun müdiri Azər Əliyev aparılan işlər və vətəndaşlara göstərilən yardımlar barəsində məlumat veriblər.
Naxçıvan şəhər ASAN Vəkil Bürosunun müdiri Əsədulla Vəliyev öz çıxışı zamanı nikah pozulması, əmlakın bölünməsi, miras, abadlaşdırma və başqa bu kimi məsələlər barəsində görülən işlər haqqında məlumat verib.
Yekun çıxışda "ELSA Naxçıvan"ın prezidenti Xəyalə Məmmədova ELSA və kollegiya arasındakı əməkdaşlığın önəmini vurğulayaraq peşə bayramı münasibətilə vəkilləri və hüquqşünas tələbələri təbrik edib.
Tədbirin sonunda 2024-cü il ərzində görülmüş işlərin təqdimatını əks etdirən videoçarxa baxış olub, bir sıra vəkilləri mükafatlandırılıb.
Rafiq TƏHMƏZ
Digər xəbərlər