Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərba...
19:21 23.02.2025
0
0
0
Nuray Cabbarlı FLEX proqramı üzrə ABŞ-də təhsil alacaq
Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdi Nuray Cabbarlı 22 ölkədən müraciət edən 35.000 namizəd arasından seçilib, 1000 finalist arasında yer alaraq beynəlxalq FLEX proqramına qəbul edilib. Bu uğur onun şəxsi istedadını və zəhmətini, eləcə də təhsil sistemimizin beynəlxalq arenada mövqeyini bir daha təsdiq edir.
FLEX proqramı çərçivəsində tələbələr ABŞ-dəki orta məktəblərdə bir il ərzində təhsil alaraq, akademik biliklərini artırmaqla yanaşı, mədəniyyətlərarası təcrübələr və müxtəlif sosial fəaliyyətlər də iştirak edərək qlobal baxışa sahib olurlar. Bu təcrübə tələbələrə gələcəkdə ABŞ universitetlərinə müraciət etməkdə və karyeralarını inkişaf etdirməkdə böyük üstünlük verir.
Nuray deyir: “Mənim üçün FLEX proqramı böyük fürsətdir. ABŞ-də 1 il təhsil almaq, yalnız akademik biliklərimi artırmaqla kifayətlənməyib, eyni zamanda fərqli mədəniyyətləri yaxından tanımaq və beynəlxalq mühitdə özümü sınamaq imkanı verir. Naxçıvan Qızlar Liseyində aldığım yüksək səviyyəli təhsil və dəstək mənə bu nailiyyəti əldə etməkdə böyük kömək oldu. Ümid edirəm ki, bu təcrübə gələcək karyeram üçün güclü bir təməl yaradacaq və digər gənclərə də öz potensialını reallaşdırmaq üçün ilham verəcək”.
Biz də Nuray Cabbarlını təbrik edir, ona təhsil həyatında uğurlar arzulayırıq.
Aygün RÜSTƏMOVA
Digər xəbərlər