NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyevin yaradıcılıq gecəsi keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, 29 noyabr tarixdə Naxçıvan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, xanəndə Hünər Əliyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov Hünər Əliyevin həyat və yaradıcılığından bəhs edib.Vurğulanıb ki,  ölkə səviyyəsində keçirilən müsabiqələr, festivallar yarışlarda həmişə fərqlənən xanəndə, hətta musiqinin beşiyi olan Qarabağda da oxuyanlar arasında ilk yerlərdən birinə layiq görülüb.

Sonra xanəndənin sənət yoldaşları  çıxış edərək Hünər Əliyev ilə bağlı təəssüratlarını tamaşaçılarla bölüşüblər.

Tədbirin bədii hissəsində  Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının müşaiyəti ilə Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyev, Zülfiqar Mahmudov,  Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov, Prezident mükafatçısı Nərmin Hüseynovanın ifalarında “Segah” təsnifi, “Eşqimin növrağı”, “Yana-yana kül oldum” və bir sıra musiqi nömrələri tamaşaçılara təqdim olunub.

Sonda konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nəşr edilib : 29.11.2024 14:26