NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə şagird qəbulu həyata keçirilir

...

3 sentyabr tarixdən  Naxçıvan Muxtar Respublikası  Mədəniyyət Nazirliyinin vahid komissiyası tərəfindən nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə mərkəzləşdirilmiş qaydada şagird qəbulu imtahanları keçirilir. İmtahanlar muxtar respublikanın bütün bölgələrində vahid binada müxtəlif ixtisaslar üzrə müvafiq komissiya üzvləri tərəfindən həyata keçirilir. Naxçıvan şəhəri və Culfa rayonu üzrə fəaliyyət göstərən sözügedən musiqi təhsili müəssisələrinə qəbul prosesi artıq yekunlaşıdırılıb.
Məlumat üçün qeyd edək ki, Naxçıvan şəhəri üzrə 414, Culfa şəhəri üzrə isə 120 şagird qəbul imtahanlarında iştirak edib.

Nəşr edilib : 04.09.2024 16:38