NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasında 23 oktyabra gözlənilən hava proqnozu açıqlanıb

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə,  Naxçıvan şəhəri və muxtar respublikanın digər bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin Babək, Culfa, Ordubad və Şahbuz rayonunun bəzi ərazilərinə yağış yağacağı, muxtar respublikanın yüksək dağlıq istiqamətlərinə qar düşəcəyi ehtimal olunur.  Saniyədə 5-10 m/san sürətlə qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8°, gündüz 12-17° isti olacaq.

Nəşr edilib : 22.10.2024 23:48