Azərbaycanda büdcə xərclərinin proqram təsnifatı g...
11:50 16.07.2025
0
0
0
Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı və peşəkar kadr hazırlığının gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülməkdədir. Görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin təşkilatçılığı ilə "Peşəkar bələdçi" təliminin I modulu uğurla keçirilib.
Təlimin giriş hissəsində Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və araşdırmalar sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək ölkəmizdə turizm sahəsinə göstərilən diqqəti vurğulayıb və bu sahədə görülən əhəmiyyətli işlərdən söhbət açıb. Bildirilib ki, ölkə başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar, qəbul edilən Dövlət proqramlarının uğurlu icrası Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə tanıdılması ilə yanaşı, turizmin müxtəlif növlərinin inkişafına da şərait yaradıb. Sektor müdiri qeyd edib ki, ölkəmizdə turizm sahəsində əldə olunan uğurlar Naxçıvan Muxtar Respublikasından da yan keçməyib. Muxtar respublikada turizm sektorunun sürətli inkişafı peşə və ixtisas səviyyəsi yüksək olan kadrlara ehtiyacı çoxaldıb. Bu baxımdan ekskursiya işinin təşkilində bələdçilərə olan tələbat da ayrıca vurğulanıb.
Modulun əhəmiyyətini diqqətə çatdıran məruzəçi bildirib ki, bu modul tələbələri turizm sahəsindəki müasir dəyişikliklərə hazırlayır, onlara bələdçi və turist arasında effektiv əlaqə qurma bacarığı aşılayır.
Təlimin ikinci hissəsi praktiki məşğələlərə həsr olunub. Tələbələr Naxçıvanın zəngin mədəni irsini daha yaxından tanımaq üçün “Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksində olub, Naxçıvanın məşhur turizm məkanlarında real bələdçilik xidmətləri təcrübəsi əldə ediblər. Tələbələr bu abidələr barədə məlumatları düzgün və cazibədar şəkildə təqdim etməyi öyrəniblər. Təlimçi tələbələrə turistik məkanların tarixi və mədəni əhəmiyyətini vurğulayaraq onlara təqdimat zamanı istifadə etməli olduqları metodlar və kommunikasiya vasitələri haqqında praktiki məsləhətlər verib.
Digər xəbərlər