Danimarka şirkəti ilə “Yaşıl Enerji Dəhlizi” layih...
20:55 29.04.2026
0
0
0
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması, eləcə də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatı və tabe rayon (şəhər) prokurorluqlarının əməkdaşları 1-ci və 2-ci Qarabağ müharibələrində iştirak etmiş, ümumilikdə, 46 şəhid ailəsini ziyarət ediblər.
Ziyarət zamanı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun rəhbər heyəti və rayon (şəhər) prokurorları şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıb, şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad böyütdükləri üçün şəhid valideynlərinə minnətdarlıqlarını bildiriblər.
Digər xəbərlər