Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarla görüş keçirilib və onlara nişanları təqdim olunub.
Tədbirdə maliyyə naziri Həsən İsmayılov, nazir müavini Elvin Əlimərdanov, nazirlik Aparatının struktur bölmələrinin rəhbərləri və əməkdaşlar iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14 oktyabr 2025-ci il tarixli “Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 105 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında” Sərəncamı ilə uzunmüddətli və səmərəli fəaliyyətlərinə, dövlət maliyyə sisteminin inkişafında göstərdikləri xidmətlərinə görə nazirliyin bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görülüb.
Təltif olunan əməkdaşlardan Əliyeva Fatma Həmzə qızı və Novruzova Bulqeyis Sabir qızı “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə, İmanov Sənan Nəriman oğlu, Məmmədova Kifayət Abbasəli qızı, Qədimov Məhərrəm Heydər oğlu və Sadıqova Xatirə Seyran qızı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.
Maliyyə naziri Həsən İsmayılov tədbirdə çıxış edərək əməkdaşları təbrik edib, onların dövlət maliyyə sisteminin inkişafına verdikləri töhfələri və uzun illər ərzində göstərdikləri peşəkar fəaliyyətlərini yüksək qiymətləndirib. Nazir vurğulayıb ki, bu təltiflər həm şəxsi əməyin, həm də Naxçıvan Muxtar Respublikasında formalaşmış güclü maliyyə idarəçiliyi ənənələrinin dövlət səviyyəsində tanınmasının göstəricisidir.
Sonra nazir müavini Elvin Əlimərdanov da çıxış edərək təltif olunan əməkdaşları təbrik edib, onların səmərəli və fədakar əməyinin nazirliyin kollektivinə örnək olduğunu vurğulayıb.
Sonda təltif olunmuş əməkdaşlar göstərilən yüksək diqqət və etimada görə minnətdarlıqlarını bildiriblər, üzərlərinə düşən məsuliyyəti bundan sonra da layiqincə yerinə yetirəcəklərini qeyd ediblər.
Digər xəbərlər