Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, dekabrın 3-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının könüllülük proqramına seçilən gənclərlə görüşüb. Görüşdə könüllülük proqramının əhəmiyyətindən danışılıb. Bildirilib ki, bu proqram şuranın “Könüllü fəaliyyət haqqında” nizamnaməsinə uyğun olaraq həyata keçiriləcəkdir. Vurğulanıb ki, şuranın Könüllülük proqramının məqsədi tədbirlərdə gənclərin iştirakı, layihə ətrafında toplanması, asudə vaxtlarının səmərəli təşkili və muxtar respublikanın ictimai həyatında fəallıqlarının təmin edilməsindən ibarətdir. Könüllülərə tövsiyələrini bildirən sədr, burada qazanacaqları təcrübə ilə təkcə şurada deyil, ölkənin sosial-ictimai həyatının bütün sahələrində iştirak etmələrinin vacibliyini qeyd edib.
Sonda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri tərəfindən könüllülərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, altı ay müddətinə bağlanmış müqavilə əsasında fəaliyyət göstərəcək könüllülərin işinin sonda qiymətləndirilməsi və onlara diplomların təqdim edilməsi nəzərdə tutulub.
Digər xəbərlər