NAXÇIVAN :

10 Mart 2025, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən Ağbulaq İstirahət və Xizək Mərkəzində növbəti istirahət təşkil olunub

...

“Şərq qapısı” xəbər verir ki, martın 8-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvlərindən növbəti 59 nəfərin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahəti təşkil olunub. Mərkəzdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli çıxış edərək Həmkarlar İttifaqları sıralarında təmsil olunan xanımların timsalında bütün Azərbaycan qadınlarını təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. 
Sonra qadınlarla birgə tort kəsilib, maraqlı anlar yaşanıb. Mərkəzdə təşkil olunan intellektual bilik yarışı, şahmat, stolüstü tennis və digər əyləncəli oyunlar da ittifaq üzvlərinin asudə vaxtlarını yaddaqalan edib. 
Qeyd edək ki, şuranın ittifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15%-ni ödəməklə mərkəzdə xizək meydançasından, kanat xəttindən, gündə 3 dəfə dadlı təamlardan və yaradılan bütün şəraitlərdən faydalanaraq vaxtlarını səmərəli keçiriblər.

Nəşr edilib : 09.03.2025 14:48