QAİ: Ermənistanın Qərbi azərbaycanlıların qayıdış ...
20:24 23.06.2025
0
0
0
İyunun 23-də “Duzdağ” hoteldə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə ilk həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib. Tədbirdə 200 nəfərə yaxın həmkarlar ittifaqı üzvü iştirak edib.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək son dövrdə görülmüş işlər, təşkil olunmuş tədbirlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şura yay mövsümündə yeni sosial layihəyə start verir. Layihə çərçivəsində ittifaq üzvləri yollayışların yalnız 15 faizini ödəməklə şənbə və bazar günləri Ağbulaq İstirahət Mərkəzində yaddaqalan həftəsonları keçirə biləcəklər.
Qəzənfər Abdullayev bildirib ki, layihənin əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların istirahətinin təmin olunması və ictimai həmrəyliyin gücləndirilməsidir.
Görüşün davamında ilk həmkarlar ittifaqı üzvləri ilə açıq dialoq formatında müzakirələr aparılıb, səsləndirilən suallar şura əməkdaşları tərəfindən cavablandırılıb.
Tədbirdə, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən vətəndaşların sanatoriya-yollayış imkanlarından istifadəsini asanlaşdırmaq məqsədilə yaradılmış e-AHİK elektron rezervasiya sistemi haqqında videoçarxlar nümayiş olunub.
Digər xəbərlər