NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, iclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev əvvəlcə gündəlikdə duran məsələlər barədə məlumat verib. Şura sədri bildirib ki, vətəndaş qəbulunun təşkili, onları narahat edən problemlərin yerindəcə həll edilməsi, ərizə və şikayətlərə vaxtında baxılması, daxil olan müraciətlərin obyektiv şəkildə hərtərəfli araşdırılması məsələlərinə nəzarət gücləndirilməlidir. İclasda gündəliyə çıxarılan digər məsələlərlə bağlı çıxışlar dinlənilib. Sonda İcraiyyə Komitəsinin üzvləri ilə bir sıra vacib məsələlərlə bağlı müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

Nəşr edilib : 18.11.2024 15:58