MDB İcraiyyə Komitəsi: Uğurlu COP29 Azərbaycanı iq...
17:02 23.11.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, noyabrın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şəhid ailə üzvlərini qəbul edib. Şəhid Quluzadə Nihadın atası Quliyev Qasım Tarverdi oğlu, şəhid Cabbarov Seymurun atası Cabbarov İlham Zülfiqar oğlu və şəhid Mahmudov Əbdülün həyat yoldaşı Rəhimova Sədaqət İslam qızının ayrı-ayrılıqda müraciətləri dinlənilib, qayğıları ilə maraqlanılıb. Şura sədrinin tapşırığı ilə şəhid ailə üzvlərinə, ümumilikdə, beş sanatoriya yollayışı verilib. Qəbulda olan şəhid ailələri Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Digər xəbərlər