Şəhid olmağı özünə şərəf bildi
12:12 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
"Şərq qapısı" xəbər verir ki, 16 mart 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti Şərur Regional Mərkəzinin Sanitar Epidemioloji bölməsində parazitoloq köməkçisi vəzifəsində çalışan Əsgərsoy Zeynəb Nurəddin qızı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı müraciət edib. Şura sədri Qəzənfər Abdullayev vətəndaş Əsgərsoy Zeynəb Nurəddin qızını qəbul edərək müraciətini dinləyib. Müraciətdə 1 mart 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti Şərur Regional Mərkəzində parazitoloq köməkçisi vəzifəsində çalışan Əsgərsoy Zeynəb Nurəddin qızı çalışdığı müəssisədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə əmək müqaviləsinə xitam verildiyini bildirib və məsələ ilə bağlı köməklik göstərilməsini xahiş edib. Şura sədri məsələnin araşdırılması ilə bağlı müvafiq tapşırıq verib. Araşdırılma zamanı məlum olub ki, Əsgərsoy Zeynəb Nurəddin qızının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilərkən işəgötürən tərəfindən həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına heç bir təqdimat daxil olmayıb və komitənin razılığı alınmayıb. Bütün bunlar əsas götürülərək 9 aprel 2024-cü il tarixdə 156 nömrəli məktubla Zeynəb Əsgərsoya müsbət cavab verilib. Zeynəb Əsgərsoy Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının məktubunu əsas götürərək Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib və 8 ay davam edən məhkəmədə qanunun aliliyi qorunaraq vətəndaş Zeynəb Əsgərsoyun xeyrinə ədalətli qərar çıxarılıb. Qətnamədə qeyd edilir: 1) Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti Şərur Regional Mərkəzinin direktorunun 1 mart 2024-cü il tarixli, 5 nömrəli əmri ləğv edilsin; 2) Əsgərsoy Zeynəb Nurəddin qızı Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti Şərur Regional Mərkəzinin Sanitar Epidemioloji bölməsində parazitoloq köməkçisi vəzifəsinə bərpa olunsun; 3) Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti Şərur Regional Mərkəzi tərəfindən Əsgərsoy Zeynəb Nurəddin qızına məcburi işburaxma müddəti üçün əməkhaqqı ödənilsin.
Digər xəbərlər