NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün əməyin mühafizəsi üzrə təlim keçirilib

...

Dekabrın 2-də "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsin və “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün əməyin mühafizəsi və təhlükəsiz iş mühitinin təşkili mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimdə nazirliyin müxtəlif struktur bölmələrini təmsil edən, ümumilikdə, 15 əməkdaş iştirak edib. Tədbir “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının müdiri Ruslan Ələkbərovun çıxışı ilə açılıb. O, əməyin mühafizəsi sahəsində mövcud qanunvericilik, risklərin idarə olunması, iş yerlərində təhlükəsizlik standartlarının tətbiqi və müasir profilaktik yanaşmalar barədə geniş məlumat verib.
Daha sonra mərkəzin əməkdaşı Mahmud Rzalı iş yerlərində təhlükələrin aşkar olunması, təlimatların növləri, fövqəladə hallarda davranış qaydaları və təhlükəsizlik mədəniyyətinin formalaşdırılması mövzularında əhatəli təqdimatla çıxış edib.
Təlimin növbəti məruzəçisi – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Güllü Sadiqli əməyin mühafizəsi prinsipləri, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin təhqiqat qaydaları, işçilərin sosial müdafiəsi, müəssisələrdə təhlükəsizliyin təmin olunması ilə bağlı praktiki nüansları diqqətə çatdırıb.
Təlim əməkdaşların əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılmasına, təhlükəsiz və sağlam iş mühitinin davamlı olaraq təmin edilməsinə mühüm töhfə verib.

Nəşr edilib : 02.12.2025 18:26