Naxçıvanda büdcə daxilolmaları 100 milyon manata y...
13:01 08.01.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayon polis şöbəsinin əməkdaşları tərəfindən Kəngərli rayon Çalxanqala kənd ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilən sursatın 120 mm-lik 2 ədəd top mərmisi olduğu müəyyən edilib.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Digər xəbərlər