NAXÇIVAN :

17 Oktyabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib

...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyub, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Nəşr edilib : 27.09.2024 13:20