NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov “Şərq qapısı” qəzetinin kollektivini təbrik edib

...

Təbrikdə deyilir:

“Şərq qapısı” qəzeti redaksiyasının kollektivini 22 iyul –  Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 
Ölkəmizdə söz azadlığının qorunması və medianın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu sahədə Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı strateji yanaşma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sistemli islahatlar, hüquqi və institusional mexanizmlərlə daha da gücləndirilir.
 150 illik milli mətbuatın 104 ilinə şahidlik etmiş, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanı kimi fəaliyyət göstərən “Şərq qapısı” qəzeti muxtar respublika ilə yanaşı, ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatının işıqlandırılmasında mühüm rol oynayır. Qəzet özünəməxsus mövqeyi, peşəkar kollektivi və cəmiyyətə faydalı informativ yönümü ilə daim oxucu rəğbəti qazanmışdır. İnanıram ki, qəzetin kollektivi bundan sonra da dövlətin informasiya siyasətinin həyata keçirilməsində, ictimai rəyin formalaşdırılmasında və milli-mənəvi dəyərlərimizin təbliğində uğurlu fəaliyyətini davam etdirəcək.
 Bu əlamətdar yubiley münasibətilə kollektivə möhkəm cansağlığı, yaradıcı fəaliyyətində davamlı nailiyyətlər arzulayıram.

Nəşr edilib : 22.07.2025 17:21