Azərbaycan və İran Xarici İşlər nazirlikləri arası...
22:31 16.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən Şahbuz rayonunun Batabat ərazisinə 8 sm, Kükü, Biçənək kəndlərinə isə 2 sm qar yağıb.
Muxtar respublika ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin aprel ayının 17-dək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı şimşək çaxacağı gözlənilir. Yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir 20 m/san-dək güclənəcək. Temperatur gecə 1-6° isti, gündüz 11-16° isti olacaq.
Digər xəbərlər