NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin 60 illik yubileyi münasibətilə "Mədəniyyət məbədi – Ədəbiyyat Muzeyi 60" mövzusunda tədbir keçirilib

...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin 60 illik yubileyi münasibətilə "Mədəniyyət məbədi – Ədəbiyyat Muzeyi 60" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının  baş məsləhətçisi Qumral Əsədova açaraq muzeyin tarixindən bəhs edib.

Tədbirdə muzeyin direktoru Aləmzər İbrahimova "Ədəbiyyatın işığında 60 il” mövzusunda çıxış edərək qeyd edib ki, muzey keçdiyi 60 il ərzində mədəniyyətimizin, ədəbiyyatımızın keşiyində durmuşdur. Qədim dövrdən ta müasir dövrədək Azərbaycan ədəbiyyatını özündə yaşatmış və təbliğ etmişdir.  

Tədbirdə çıxış edənlər – Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının və  Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigar,  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Rövşən Hüseynov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şair, publisist Qafar Qənbərov, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu, Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və  kitabxanaçılıq kafedrasının müdiri Məmməd Əliyev, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov muzeyin kollektivini yubiley münasibətilə təbrik ediblər.

Sonra muzeyin baş fond mühafizəçisi Günel Novruzova  Ədəbiyyat Muzeyinin fondunun fəaliyyəti haqqında məlumat verib.  
Tədbirin bədii hissəsində isə muzeyin kiçik elmi işçisi N.Nuriyeva muzeyin təəssürat kitablarında dəyərli şair və yazıçıların muzey haqqında qeyd etdikləri fikirləri səsləndirib, muzeyin ekskursiyaçısı A.Hümbətova və T. Əkbərova şeirlər qiraət ediblər. 

Tədbirin davamında Naxçıvan Regional Mədəniyyət İdarəsinin Musiqi Kollektivinin ifasında musiqi nömrələri səsləndirilib.
Sonda "Ədəbiyyat muzeyi-60" başlıqlı sərgiyə baxış keçirilib.

Nəşr edilib : 26.12.2025 10:11