NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Naxçıvan Müəllimlər İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə  Naxçıvan Müəllimlər İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Xayal Camalov çıxış edərək mövzunun əhəmiyyətdən  danışıb. 
Tədbirdə Muxtar Respublika prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov və Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi ədliyyə müşaviri İsfəndiyar Qasımov mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Nəşr edilib : 22.10.2024 18:03