NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Naxçıvan Müəllimlər İnstitutunda “Sağlam həyat, sağlam gələcək” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək” devizi altında “Sağlam həyat, sağlam gələcək” adlı tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin və qurumların bir qrup əməkdaşlarının iştirak etdiyi tədbirdə giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov “Narkomaniya ilə mübarizənin hüquqi aspektləri” mövzusunda, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Psixi Xəstəliklər Dispanserinin həkim-psixiatr rezidenti Mustafa Həsənov və Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı dosent Rövşən Vəliyev isə “Narkomaniya ilə mübarizənin tibbi aspektləri” mövzusunda çıxış ediblər.
 Tədbir zamanı  gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Nəşr edilib : 20.11.2024 14:51