Azərbaycanda sazişlərin rəqabət qanunvericiliyinə ...
14:48 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən elmi-praktiki panel müzakirə keçirilib. Müzakirəyə başlamazdan əvvəl Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət ixtisası üzrə tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub.
Elmi-praktiki panel müzakirədə giriş sözü ilə institutun rektoru Azad Novruzov çıxış edib. Rektor bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə bir çox aspektlərdə: siyasət, iqtisadiyyat, turizm, investisiya və regional liderlik də daxil olmaqla bir çox sahələrə töhfə verəcəyi gözlənilir. Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda bərpa olunan enerji və yaşıl transformasiya sahəsində effektiv siyasət yürütməsi, tədbirin Azərbaycanda təşkili Azərbaycanın yaşıl transformasiya ilə bağlı hədəfləri və bu istiqamətdə əldə etdiyi hədəflər liderliyə gedən yolda atılmış ən əhəmiyyətli addım olacaq və Azərbaycanın bir çox ölkələr və beynəlxalq təşkilatlarla siyasi əlaqələrinə daha da yüksək səviyyədə müsbət təsir göstərəcək.
Ardınca Təbiət və incəsənət fakültəsinin tələbələrinin müzakirəyə həsr olunmuş videoçarxına baxış olub.
Konfransın gedişində Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrasının müəllimi Gülnarə Səfərova “İqlim dəyişiklikləri: mahiyyəti, səbəbləri və fəsadları”, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Saleh Həsənov “İqlim dəyişiklikləri ilə mübarizədə və yaşıl enerjiyə keçiddə Naxçıvan modeli”, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə Xidmətinin həkim laborantı Leyla Vəliyeva “İqlim dəyişikliyinin insan orqanizminə təsiri”, Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Elmi
araşdırmalar sektorunun sektor müdiri Aynurə Qulamova “İqlim dəyişikliyinin qida təhlükəsizliyi baxımından dəyərləndirilməsi”, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının şöbə müdiri Eyvaz Əsgərov “Cop29 və həmkarlar ittifaqlarının bu istiqamətdə gördüyü işlər və fəaliyyətləri”, Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının müəllimi Sahilə Nəcəfova “İqlim dəyişimlərinin insan psixologiyasına təsiri” mövzularında çıxış ediblər.
Panel müzakirənin gedişində Təbiət və incəsənət fakültəsinin tələbələri və Magistratura və doktorantura şöbəsinin magistrantları müzakirədə aktiv iştirak edərək müxtəlif mövzularda suallar vermişlər.
Sonda institutun rektoru Azad Novruzov panelistlərə təşəkkürnamə təqdim etmişdir.
Digər xəbərlər