NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvan məktəblisi Tunisdə keçiriləcək Kibertəhlükəsizlik Olimpiadasında iştirak hüququ qazanıb

...

Aprelin 26-da Azərbaycan-Fransız Universitetində Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasına seçim turunun əsas mərhələsi keçirilib. 
“Şərq qapısı” xəbər verir ki, iki hissədən ibarət olan seçim mərhələsi uğurla yekunlaşıb və bu turda iştirak edən Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Oruc Cabbarlı 27 iyun-2 iyul  tarixlərdə Tunisdə keçiriləcək Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında iştirak hüququ qazanıb.
Məktəblimizə uğurlar arzulayırıq!
Qeyd edək ki, Oruc Cabbarlı ötən tədris ilində Respublika Fənn Olimpiadasında informatika fənni üzrə Naxçıvanda ilk dəfə olaraq III yerin qalibi olmuşdur.

Nəşr edilib : 29.04.2026 12:10