NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Naxçıvan məktəbliləri ilk dəfə olaraq PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak edirlər

...

Naxçıvanda ümumtəhsil məktəblərinin şagirdləri üçün  PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatına başlanılıb. 
3 gün davam edəcək tədqiqatda 12 ümumtəhsil müəssisəsindən 300-dən artıq  şagird və həmin məktəblərin direktorlarının iştirakı nəzərdə tutulur. 
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində onlayn qaydada keçirilən  tədqiqatın ilk günündə 5 təhsil müəssisəsindən 69 şagird və 5 məktəb direktoru iştirak edib.  
Qeyd edək ki, PISA–Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında ölkəmizin ümumtəhsil məktəbləri 2018-ci ildən iştirak etsə də, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri isə bu il ilk dəfə olaraq bu tədqiqata qoşulub.
Məlumat üçün bildirək ki,  PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır.
Tədqiqatın ölkəmizdə həyata keçirilməsi Təhsil İnstitutu tərəfindən təşkil olunur və ölkə üzrə 8 mindən artıq şagirdin  iştirakı nəzərdə tutulub.  
Bu il tədqiqata 91 ölkənin iştirakı gözlənilir.

Nəşr edilib : 13.05.2025 15:50