Milli Məclisin növbəti plenar iclasının vaxtı və g...
17:38 26.11.2024
0
0
0
24-25 oktyabr tarixlərdə Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və COP29 sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı yekunlaşıb.
Festivalda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət STEAM Təlim-Tədris Mərkəzinin də iki- Vex IQ kateqoriyası üzrə RoboGenius, Fly Tech kateqoriyası üzrə isə Griffin komandası iştirak edib.
Festivalda Griffin komandası FlyTech kateqoriyası üzrə hazırladıqları dronla verilmiş tapşırıqları uğurlu şəkildə yerinə yetirərək I yerin qalibi olub. Komandanın üzvləri Firuz Məmmədli, Vüqar Babaverdiyev, Uğur Quluzadə, mentoru isə Kazım Əkbərovdur.
Qeyd edək ki, builki festivalın final mərhələsinə, ümumilikdə, 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ də daxil olmaqla, 15 ölkəni təmsil edib.
Digər xəbərlər