Selçuk Bayraktar: Can Azərbaycanda yüksək texnolog...
23:11 04.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Sərhədçi Olimpiya İdman Mərkəzində “Naxçıvan” İdman Klubunun açıq birinciliyi keçirilib. Yarışda Naxçıvanın “Araz” Kikboksinq Klubu baş məşqçi Elvin Qoçəliyevin rəhbərliyi altında 6 idmançı ilə təmsil olunub. Klubun idmançıları 1 kubok, 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
Turnirdə Rüzgar İbrahimli 2012-2013-cü il təvəllüdlülər arasında (32 kq, low-kick) turnirin qala döyüşləri çərçivəsində kuboka layiq görülüb. Polad Həsənli 2010-2011-ci il təvəllüdlülər arasında (45 kq, low-kick) qızıl medal qazanıb. Ələmdar Nəcəfov 2010-2011-ci il təvəllüdlülər arasında (45 kq, kick-light), Ülvü Əliyev (42 kq “kick-light”) və Araz Cavadlı (42 kq, “low-kick”) isə 2012-2013-cü il təvəllüdlülər arasında gümüş medala sahib çıxıblar. Digər idmançı Mövlan Seyidov 2012-2013-cü il təvəllüdlülər arasında (37 kq, kick-light) bürünc medal qazanıb.
Digər xəbərlər