Qusarda terrorçu qruplaşmanın yeraltı sığınacağınd...
13:00 03.02.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 2 fevral – Gənclər Günü ilə bağlı hazırladığı Tədbirlər Planına uyğun olaraq “Gənclər həftəsi” çərçivəsində daha bir idman tədbiri keçirilib. Belə ki, fevralın 2-si Naxçıvan şəhərində Azərbaycan Karate Federasiyasının (AKF) muxtar respublika üzrə nümayəndəliyi tərəfindən növbəti kəmər imtahanı keçirilib. Bu prosesdə 8-20 yaşlarında 40 karateçi iştirak edib.
İmtahanı AKF-nin Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Nəriman Quliyev, imtahan komissiyasının üzvləri Nicat Allahverdiyev və Qələndər Bünyatov qəbul ediblər.
Digər xəbərlər