NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi

Naxçıvan karateçiləri beynəlxalq turnirdə 22 medal qazanıb

...

Bakı şəhərində karate üzrə beynəlxalq turnir keçirilib. “Grand Prix Azerbaijan” adlanan yarış Sərhədçi Olimpiya İdman Kompleksində 14 ölkədən 1200 idmançının iştirakı ilə reallaşıb. 

Naxçıvan Muxtar Respublikasından 34 karateçi ölkəmizi təmsil edən idmançılar sırasında olub. Onlardan 22-i mükafatçılar sırasına düşüb. Həmin idmançılar tərəfindən 3-ü qızıl, 9-u gümüş və 10-u bürünc olmaqla, ümumilikdə 22 medal qazanılıb. 

Təmsilçilərimizdən Gülər Hüseynova (54+ kq) 14-15,  Fuad Sadiqov (35 kq) 10-11 və Mehdi Məmmədov (35 kq) 8-9 yaş kateqoriyalarında birinci yerə layiq görülüblər. 

Müvafiq yaş və çəki kateqoriyalarında Məhəmməd Quluzadə, Püstə Məmmədli, Kamil Rüstəmov, Əli Həmidov, Həsən İbrahimli, Əli Rəhimov, Yusuf Məmmədli, Fuad Hüseynov, Ziya Quluzadə ikinci, Vüsal Seyidov, Qafar Hüseynov, Xədicə Bayramova, Fatimə Bağırzadə, Yusif Tağıyev, Rahib Seyidli, Nurəddin Fərzəliyev, Yusif Bayramzadə və Oruc Əhmədov üçüncü yerə layiq görülüblər. Azər Məmmədli isə parakarate yarışında üçüncü olub.

Nəşr edilib : 07.04.2025 16:30