NAXÇIVAN :

23 May 2026, Şənbə

Naxçıvan karateçiləri Bakıda keçirilən turnirdə uğurla çıxış ediblər

...

Azərbaycan Karate Federasiyası və “Badamlı” karate klubunun təşkilatçılığı ilə şito-ryu karate üslubu üzrə “Badamlı kuboku” turniri keçirilib. 
"Şərq qapısı" xəbər verir ki, yarışda U10, U12, U14, U16 və U18 yaş qrupları və müvafiq çəki dərəcələri üzrə 300-ə yaxın idmançı iştirak edib.

Turnirdə Naxçıvanın “Qapıçıq” karate-do idman klubunun idmançıları uğurla çıxış edərək 1 qızıl və 2 gümüş medal əldə ediblər. 

Klubun idmançılarından Nizami Orucov (55 kq) 1-ci liqa yarışında 1 qızıl və 1 gümüş medal qazanıb. Yusif Orucov isə (30 kq) 2-ci liqada gümüş medalçı olub.

Nəşr edilib : 21.05.2026 16:31