Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlər...
20:38 03.02.2025
0
0
0
Şağan Olimpiya İdman Kompleksində MMA, pankration, qrepplinq (qrepplinq-qi) idman növləri üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib. 3 gün davam edən yarışda 50 klubdan 500-ə yaxın idmançı iştirak edib.
Yarışa Naxçıvandan məşqçi Xəyal Abdullayevin rəhbərliyi ilə “Turan” Döyüş Klubunun 13 idmançısı qatılıb. Təmsilçilərimiz qeyd olunan idman növləri üzrə 9-u qızıl, 9-u gümüş, 8-i bürünc olmaqla, ümumilikdə, 26 medal qazanıblar.
Hər növdə minimum 2 qızıl medal qazanılsa da, ən yaxşı nəticələr pankrationda qeydə alınıb. Belə ki, bu idman növündə idmançılarımız 6 qızıl, 4 gümüş və 1 bürünc medal əldə ediblər.
Musa Abdullayev (MMA, qrepplinq - 66 kq), Atilla Nəcəf (MMA, pankration - 60 kq) və Ayxan Quliyev (Pankration, qrepplinq - 30 kq) ayrı-ayrı növlərdə hərəyə 2 qızıl medal qazanmaqla ölkə birinciliyində ardıcıl çempionluq sevinci yaşayıblar. Qadir İsmayılov (73+ kq), Əli Qəribov (73 kq), Uğur Bağışov (53 kq) və Əbülfəz Cəfərov pankrationda, Tunar Abdullayev isə qrepplinqdə birinci olublar.
Digər xəbərlər