Bütün Azərbaycanın qəhrəmanına çevrilən övlad...
20:45 21.12.2024
0
0
0
Bakıda bədii gimnastika üzrə “Qış nağılı” beynəlxalq turniri keçirilib. Milli Gimnastika Arenasında təşkil olunan yarışda 2009-2018-ci il təvəllüdlü gimnastlar ayrı-ayrı alətlərdə qüvvələrini sınayıblar. Turnirdə xarici ölkələrdən bədii gimnastlar da bacarıqlarını nümayiş etdiriblər.
Turnirə Məşqçi Humay Qafarovanın rəhbərliyi ilə 6 idmançı qatılıb. Onlardan biri mükafatçılar sırasına düşməyi bacarıb. 2014-cü il təvəllüdlülər arasında yarışan Təranə Əlizadənin lentlə hərəkətləri üçüncü yerlə dəyərləndirilib və təmsilçimiz turnirin bürünc medalına layiq görülüb.
Qeyd edək ki, iki gün davam edən turnir, həmçinin gələn ildən qüvvəyə minəcək yeni yarış qaydalarını mənimsəmək məqsədi daşıyıb.
Digər xəbərlər