NAXÇIVAN :

23 Aprel 2025, Çərşənbə

Naxçıvan Dövlət Universitetinin tələbələri beynəlxalq müsabiqədə qızıl medala layiq görülüblər

...

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Kimya müəllimliyi ixtisası üzrə III kurs tələbələri Aliyə Cəfərova və Nurtac Rəhimova beynəlxalq səviyyədə uğur əldə ediblər.  
Kimya kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov və Təbii Ehtiyatlar İnstitutunun "Hidrogeologiya və mineral sular" laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi ilə hər iki tələbə “Erudit onlayn” Beynəlxalq Kimya Müsabiqəsində iştirak edərək I yerə layiq görülüb, göstərilən yüksək nəticəyə görə hər iki tələbə I dərəcəli diplom və qızıl medalla təltif ediliblər.
Qeyd edək ki, “Erudit onlayn” Beynəlxalq Kimya Müsabiqəsi müxtəlif ölkələrin tələbələri arasında keçirilən nüfuzlu elmi yarışdır. Müsabiqə iştirakçıların kimya bilikləri və analitik düşünmə bacarıqlarını qiymətləndirməyə yönəlib.


Aidə İBRAHİMOVA

Nəşr edilib : 23.04.2025 17:05