Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma...
18:12 30.01.2025
0
0
0
NAXÇIVAN :
30 Yanvar 2025, Cümə axşamı
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında türkiyəli alim, Türkiyə Radio-Televiziya Qurumunun müxbiri Aysel Sadak İltaşın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimat mərasimi keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, bu nəşr Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini dərin insani keyfiyyətləri ilə birlikdə təqdim edən dəyərli bir əsərdir. Kitabda Ulu Öndərin dövlətçilik prinsipləri, onun müdrik siyasəti və xalqına olan sonsuz sevgisi müxtəlif rakurslardan əks olunub. Rektor qeyd edib ki, kitabda tanınmış alimlərin, ictimai-siyasi xadimlərin və görkəmli ziyalıların Heydər Əliyev haqqında düşüncələri, onunla bağlı xatirələri toplanıb. Nəşr, həmçinin Ulu Öndərin ideyalarının bu gündə aktuallığını qoruyub saxladığını və yeni nəsillər üçün örnək olduğunu nümayiş etdirir. Elbrus İsayev vurğulayıb ki, "İnsan ürəyi ilə Heydər Baba" kitabının Naxçıvan Dövlət Universitetinin kitabxana fondlarında yer alması qürurvericidir və bu nəşrin tələbələr üçün dəyərli elmi mənbə olacağını, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi ilə bağlı tədqiqat aparan gənclər üçün etibarlı istinad qaynağı rolunu oynayacağını bildirib.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev kitabın Ulu Öndər Heydər Əliyevin şəxsiyyətini, onun yüksək insani keyfiyyətlərini və xalqımıza verdiyi dəyəri geniş şəkildə işıqlandırdığını bildirib. Akademik qeyd edib ki, bu nəşr Heydər Əliyevin şəxsiyyətini dərindən öyrənmək və onunla bağlı tədqiqatlar aparmaq istəyənlər üçün əvəzsiz bir mənbədir. Kitabda dahi liderin həyatına və irsinə dair dəyərli fikirlər, xatirələr və təhlillər toplanıb. Daha sonra İsmayıl Hacıyev müəllifə minnətdarlığını ifadə edərək kitab hədiyyə edib.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Emin Şıxəliyev, kitabın Heydər Əliyevin çoxşaxəli həyat və fəaliyyətindən bəhs edən dəyərli əsər olduğunu qeyd edib. O, universitetdə "Heydər Əliyev İli" çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, Ulu Öndərlə bağlı monoqrafiya və kitabların nəşr olunduğunu diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi Urfulla Qurbanov çıxışında Ulu Öndərin Naxçıvana gəldiyi dövrdən bəhs edərək ölkəmizə və xalqına olan sonsuz sevgisini vurğulayıb və onunla bağlı xatirələrini bölüşüb. Urfulla Qurbanov Heydər Əliyevin liderliyinin çətin günlərdə xalq üçün böyük dayaq olduğunu xüsusi qeyd edib.
“Sirab” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Namiq Novruzov Heydər Əliyevin ölkəmizin inkişafında və sənaye sahəsindəki müstəsna rolunu vurğulayaraq Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyatında böyük irəliləyişlər əldə edildiyini qeyd edib.
Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxışında "İnsan ürəyi ilə Heydər Baba" kitabının müəllifini təbrik edib, onun Ulu Öndər Heydər Əliyevin irsini dərindən araşdıraraq dəyərli bir əsər ərsəyə gətirdiyini vurğulayıb. O qeyd edib ki, bu kitab Ulu Öndərin şəxsiyyətini və fəaliyyətini gələcək nəsillərə çatdırmaqda əvəzsiz rol oynayacaq.
Kitabın müəllifi Heydər Əliyevdən müsahibə alarkən yaşadığı unudulmaz xatirələrdən söz açıb, onun dərin zəkası, müdrikliyi və insanlara olan isti münasibətindən bəhs edib. O, müsahibə zamanı Ümummilli Liderin ölkənin inkişafı və gələcək nəsillərə olan tövsiyələri barədə fikirlərini qələmə almasının qürurverici olduğunu bildirib. Daha sonra müəllif universitetin rektoru Elbrus İsayevə göstərilən dəyər və diqqətə görə minnətdarlığını ifadə edib və universitetin Elmi Kitabxanasına "İnsan ürəyi ilə Heydər Baba" kitablarını hədiyyə edib.
Tədbirin sonunda rektor Elbrus İsayev, Aysel Sadak İltaşa Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə NDU tərəfindən nəşr olunan “Elmi əsərlər” xüsusi buraxılışını, həmçinin “Həyat yolu 1993-2003” və “Naxçıvan: dörd fəsildə” dəyərli kitablarını təqdim edib.
Digər xəbərlər