NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri Maliyyə Nazirliyində istehsalat təcrübəsinə başlayıb

...

Aprelin 29-da Naxçıvan Dövlət Texniki Kollecinin Mühasibat uçotu ixtisası üzrə III kurs tələbələri Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində istehsalat təcrübəsinə başlayıb.
Təcrübənin əsas məqsədi tələbələrin maliyyə sahəsində əldə etdikləri nəzəri biliklərin praktiki vərdişlərlə möhkəmləndirilməsi və peşəkar mühitdə işləmə bacarıqlarının artırılmasına dəstək verilməsidir.
Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov təcrübənin ilk günündə tələbələrlə görüşüb. Görüş zamanı nazir müavini tələbələrə Maliyyə Nazirliyinin fəaliyyəti, maliyyə idarəetməsinin əhəmiyyəti barədə ətraflı məlumat verib, onların gələcək peşəyönümlü inkişafında bu təcrübənin rolunu vurğulayıb. 
Təcrübəyə rəhbərlik Maliyyə Nazirliyinin əməkdaşı Yasin Əliyevə həvalə olunub. Rəhbər tərəfindən tələbələrə praktiki bacarıqların aşılanması, real iş mühitində qarşılaşa biləcəkləri situasiyaların izahı və praktiki təlimatlar veriləcəkdir.
İstehsalat təcrübəsi müddətində tələbələr Maliyyə Nazirliyinin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə tanış olacaq, dövlət vəsaitlərinin idarə olunması kimi sahələrdə praktiki biliklər əldə edəcəklər.

Nəşr edilib : 29.04.2025 21:15