ADF 2026: Azərbaycanın qlobal siyasətdə artan rolu...
13:55 18.04.2026
0
0
1
Səfər çərçivəsində Naxçıvan Dövlət Kukla Teatrı ilə Gəncə Dövlət Kukla Teatrı arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənəd teatrların qarşılıqlı yaradıcılıq mübadiləsini, birgə layihələrin reallaşdırılmasını və mədəni əlaqələrin genişləndirilməsini əhatə edir.
Memorandumun imzalanmasından sonra səhnədə Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş ölməz əsəri “Arşın mal alan” tamaşası nümayiş etdirilib. Tamaşa gəncəlilərin böyük marağına səbəb olub, peşəkar ifa və bədii quruluşu ilə tamaşaçılardan yüksək qiymət qazanıb.
Bu mədəni hadisə həm Azərbaycan teatr sənətində milli dəyərlərin təbliği, həm də Naxçıvan–Gəncə teatr əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Digər xəbərlər