NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi "Arşın mal alan” tamaşası ilə qastrol səfərinə gedib

...

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının  12 nəfərdən ibarət kollektivi ölkədaxili səfərə çıxıb. Teatr kollektivi Gəncə Dövlət Kukla Teatrında və Qax Dövlət Kukla Teatrında dahi bəstəkarın “Arşın mal alan” əsərini marionet kuklalarla tamaşaçılara təqdim edəcək.
Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov bildirdi ki, bu səfər həm teatrlararası əməkdaşlığın, həm də Azərbaycan teatr sənətinin inkişafında yeni addım hesab olunur. O qeyd etdi ki,  uşaqlar və böyüklər üçün nəzərdə tutulan tamaşanın  bölgələrdə böyük maraqla qarşılanacağı gözlənilir.

Səfərin əsas məqsədi Üzeyir Hacıbəylinin zəngin irsini gənc nəslə tanıtmaq, eyni zamanda ölkənin müxtəlif bölgələrində kukla teatrı sənətinin inkişafına töhfə verməkdir.

Qeyd edək ki, quruluşçu rejissoru Səyyad Məmmədov olan tamaşa sentyabr ayının 19-u Gəncədə, 20-si isə Qaxda tamaşaçılara təqdim olunacaq.

Nəşr edilib : 18.09.2025 12:03