Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
İğdırda Türkiyə Cüdo Federasiyasının İğdır regional bölməsi tərəfindən “İnkişaf düşərgəsi və dostluq yarışması” layihəsi çərçivəsində cüdo üzrə beynəlxalq yoldaşlıq görüşləri keçirilib. Yarışda Van, Hakkari, Ərzurum, Ağrı və Qarsla yanaşı, Naxçıvan Muxtar Respublikasını təmsil edən komandalar (Naxçıvan, Şərur, Culfa) da iştirak edib.
150 idmançının qatıldığı yarışda muxtar respublika idmançıları 6-sı qızıl, 11-i gümüş və 7-si bürünc olmaqla, ümumilikdə, 24 medal qazanıblar.
Təmsilçilərimizdən ən yaxşı nəticələrə Ləman Bağırova, Məhəmməd Məmmədov, Yusif Əsədli, Davud Məmmədzadə, İsmayıl Şükürlü, Sadiq Rzayev öz yaş və çəki dərəcələri üzrə birinci olmaqla nail olublar. Digər təmsilçilərimiz müxtəlif əyarlı medallar əldə ediblər.
Digər xəbərlər