NAXÇIVAN :

26 Mart 2025, Çərşənbə

Naxçıvan-Çalxanqala avtomobil yolunun kənarında yeni tut bağı salınacaq

...

Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarındakı 2 hektarlıq ərazidə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən torpaq hazırlıq işləri görülüb.
4*4 m əkin sxemi (cərgə və cərgələrarası məsafə 4 metr) ilə salınacaq yeni tut bağında xüsusi texnikaların köməyi ilə çalalar qazılıb, arxlar çəkilib, damcılı suvarma sistemi quraşdırılıb və digər zəruri işlər icra olunub.
Məlumat üçün bildirək ki, bu il meşəsalma və meşəbərpa tədbirlərinin həyata keçirilməsi ilə bağlı ilkin qiymətləndirmə işləri aparılıb, ərazilər müəyyənləşdirilərək KMZ formatda xəritələri hazırlanıb.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planınına uyğun olaraq muxtar respublika ərazisində keçiriləcək yaşıllaşdırma tədbirlərində 408 hektarda 118 mindən çox ting əkilməsi, 58 hektarda isə yeni bağların salınması planlaşdırılır.

Nəşr edilib : 05.03.2025 20:19