NAXÇIVAN :

20 May 2026, Çərşənbə

“Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Texniki Kollecinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Texniki Kollecinin direktoru Asəf Ruşanov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə  Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Mustafa Həsənov, Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Nuranə Səlimova mövzu ilə bağlı çıxış edərək  bildiriblər ki, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifə olduğunu, Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizənin kampaniya xarakterli olmadığını, davamlı siyasət olduğunu diqqətə çatdırıblar.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 19.05.2026 11:14